banner
banner

İdman

“İnanıram ki, Cavidin heç bir günahı yoxdur”- Vitse-prezident

“İnanıram ki, Cavidin heç bir günahı yoxdur”-

Topaz Premyer Liqasının ilk turu çərçivəsində baş tutan "Qəbələ" - "Qarabağ" matçından sonra "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov açıqlama verib. 

O, açıqlamasında son vaxtlar gündəmi zəbt edən futbolçuları Cavid Hüseynovun adının jurnalist Rasim Əliyevin ölümündə hallanması məsələsinə münasibət bildirib.

Nəcəfov vəziyyətlə bağlı bunları deyib: "Cavid Hüseynovun məsələsində klubun meneceri Səbuhi Səfiyarlının adı hallanmır. Sadəcə, o, futbolçunu tək buraxmamaq üçün xəstəxanaya getmişdi. Allah Rasimə rəhmət eləsin, ailəsinə başsağlığı veririk. Heç xoşagələn hal deyil.

Öləndən sonra jurnalistin ailəsi ilə görüşməmişik. Çünki bu məsələnin kluba heç bir aidiyyatı yoxdur. Sizin vasitənizlə mərhumun ailəsinə bir daha başsağlığı verirəm. Cavid klubun futbolçusudur. Bibisioğlunun isə "Qəbələ"yə heç bir bağlılığı yoxdur. İnanıram ki, Cavidin də bu məsələdə heç bir günahı yoxdur. Baş verənləri hüquq-mühafizə orqanları araşdırır. İstintaqdan sonra hər şey məlum olacaq. Hamımız Cavidin yenidən kollektivə qoşulacağı günü gözləyirik".

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.