Orqanizm üçün həyati vacib olan böyrək bədənin mühüm orqanlarından biridir.
Bu orqan sutka ərzində təxminən 2000 litr qanı süzgəcdən keçirir ki, bu proses nəticəsində 1.5-2 litr sidik yaranır. Böyrəklərdə yaranan ən adi bir nasazlıq bütövlükdə orqanizmin fəaliyyətinə mənfi təsir göstərir. Mütəxəssislərin qənaətinə görə, böyrəklər 150 il tam normal fəaliyyət göstərmək gücündədir. Ancaq təəssüflər olsun ki, insanın öz sağlamlığına laqeyd münasibəti nəticəsində böyrəklər bəzən hətta 30-40 yaşda ciddi problemlər qarşısında qalır. Belə hallarla üzləşməmək üçün vaxtaşırı böyrəkləri müayinədən keçirmək və profilaktik tədbirlər görmək lazımdır.
sağlamlıqla bağlı növbəti yazıda böyrəklərin fəaliyyəti haqqında ilkin təsəvvür yaradan testi təqdim edirik.
1.Sidiyə tez-tez çıxırsınız?
Hə - 1 bal Yox - 3 bal Arabir olur - 2 bal
2. Şişkinlik sizi narahat edir?
Hə - 1 bal Yox - 3 bal Arabir üzümdə şişkinlik olur - 2 bal
3. Sidiyinizin rəngi necədir?
Tünd - 1 bal Şəffaf - 3 bal Azacıq tünd - 2 bal
4. Son zamanlar qan təzyiqiniz artıb?
Hə - 1 bal Yox - 3 bal Arabir - 2 bal
5. Uşaqlıqda tez-tez angina xəstəliyi keçirmisiniz?
Hə - 1 bal Yox - 3 bal Az hallarda - 2 bal
6. Bel hahiyəsində ağrılar və ağırlıq hiss edirsiniz?
Hə - 1 bal Yox - 3 bal Arabir fiziki işlərdən sonra - 2 bal
7. Sidiyinizi analizə verərkən zülal aşkar olunub?
Hə - 1 bal Yox - 3 bal Əvvəllər olub - 2 bal
8. Cinsiniz
Qadın - 1 bal Kişi - 2 bal
Cavablandırdığınız suallardan alınan ballar 7-12 bal arasındadırsa böyrəklərinizin sağlamlıq durumu qənaətbəxş deyil. Bu isə o deməkdir ki, tibbi müayinəyə və həkim müalicəsinə ehtiyacınız var və bunu təxirə salmaq sağlamlığınız üçün yolverilməzdir.
Cavablandırdığınız suallardan alınan balların sayı 12-dən yuxarıdırsa, böyrəkləriniz tam normal fəaliyyət göstərir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.