banner
banner

Dünya

Türkiyədə mədən çökdü

Türkiyədə mədən çökdü

Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunda mədən ocağı çöküb. 

Bir mədən işçisi yerin altında qalıb. Türkiyə daş-kömür qurumunun sədri Burhan İnan bildirilib ki, yerin altında qalan Sezai Aslanbaşın xilas edilməsi üçün əməliyyat davam edir. 
B. İnan deyib: “Mədən ocağının tavanı çöküb. Torpağın altında qalan Sezai Aslanbaşın xilas edilməsi üçün bir saatdan çoxdur səy göstərilir”. 
Hadisə yerinə gələn Sezai Aslanbaşın həyat yoldaşının vəziyyəti pisləşib. Yaxınlıqdakı insanlar qadına kömək göstəriblər.
***
Bu səhər Sezai Aslanbaşın cəsədi mədən ocağından çıxarılıb. S. Aslanbaşın 2 uşağı varmış. Meyit analiz üçün Zonquldak Atatürk Xəstəxanasına aparılıb. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.