|
"Atletiko" (Madrid) klubu müdafiəçisi Dieqo Qodinlə müqaviləsinin müddətini uzadıb. Cia.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, uruqvaylı futbolçu komandasıyla bir illik müqavilə imzalayıb. Mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq Qodin yeni sözləşməyə əsasən 2019-cu ilə qədər "Atletiko"nun şərəfini qoruyacaq. Futbolçunun maaşı da 6 milyon avroya qədər yüksəlib. Qeyd edək ki, "Mançester Siti" Qodini transfer etmək istəsə də, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone təcrübəli futbolçunun komandada qalmasını istəyib. Cia.az
|


