"Arsenal" İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Yunayted"lə oyun öncəsi ciddi itkilərlə üzləşib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı futbolçuları Aleksis Sançes və Teo Uolkott zədələnib. T.Uolkottun artıq "Mançester Yunayted"ə qarşı matçı buraxacağı dəqiqləşib. A.Sançesin isə sözügedən oyunda meydan olub-olmayacağı hələlik məlum deyil.
Əvəzində, üç aydır oynamayan Oliver Jirunun isə "MY"a qarşı matçda iştirakı gözlənilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.