|
"Atletiko" futbolçusu Raul Ximenesi "Benfika"ya satıb. Bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb. 24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Transferin təzminat qiyməti barədə məlumat verilməyib. Qeyd edək ki, R.Ximenes ötən mövsüm "Atletiko"da oynadığı 21 matçda 1 qol vurub. Cia.az
|


