"Zenit"in futbolçusu Halk yenidən Braziliya millisinə çağırılıb.
Millinin baş məşqçisi Dunqa Kosta-Rika və ABŞ-la yoxlama oyunları üçün 29 yaşlı hücumçunu yığmaya dəvət edib.
Qeyd edək ki, Halk ötən ilin sentyabrında milli komandanın düşərgəsinə gəlməkdən imtina edib. O, zədə səbəbindən belə addım atdığını bildirib. Ancaq bundan sonra Halk tez bir zamanda sağalıb. Halkın onu aldatdığını düşünən Dunqa braziliyalı futbolçunu bu il keçirilən Amerika kuboku üçün heyətə daxil etməmişdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.