banner
banner

Dünya

Ermənistanda partlayış - Maşınlar kül oldu

Ermənistanda partlayış -
Ermənistanda İran vətəndaşına məxsus yük avtomobili qəza törədib. Hadisə Ararat rayonunun Yeraski kəndində qeydə alınıb.
Yük avtomobilinin 7 minik maşına çırpılması nəticəsində partlayış baş verib. Toqquşmadan sonra yanğın başlayıb və maşınlardan bir neçəsi yanaraq kül olub. 
 
Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların vəziyyəti ağır olduğundan İrəvandakı xəstəxanalardan birinə gətiriliblər.
 
Qəzanı törədən İran vətəndaşının vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 
 
 
 
 
 
 

 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.