Amerikalı politoloq Robert Merri The National Interest jurnalında yazdığı məqalədə ABŞ prezidenti Barak Obamanın prezidentlik dövründə buraxdığı ən böyük səhvi göstərib.
ANS PRESS-in məlumatına görə, politoloq bildirib ki, Obamanın ən böyük səhvi ölkədə respublikaçılarla demokratların arasında yaranmış gərginliyi aradan qaldıra bilməməsidir.
"Obama prezident seçkilərində söz vermişdi ki, ABŞ-ın siyasi mənzərəsini tamamilə dəyişəcək. Çünki o illərdə demokratlarla respublikaçıların arası gərgin idi. Lakin Obama partiyalar arasında münasibətləri normallaşdıra bilmədi", deyə politoloq bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti xarici siyasətinə çox vaxt ayrımaqdansa, birinci növbədə ölkə daxilindəki gərginliyi aradan qaldırmalı idi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.