banner
banner

İdman

“Neftçi”dən yeni transfer

“Neftçi”dən yeni transfer

“Neftçi” futbol klubu slovakiyalı qapıçı Mixal Peskoviç ilə müqavilə imzalayıb. Qapıçı altı ay müddətində Bakı komandasının formasını geyinəcək. 

M.Peskoviç “Neftçi”dən əvvəl Polşanın “Podbeskidze” klubunda çıxış edib. O, daha əvvəl isə “Nitra” (Slovakiya), “Poloniya” (Polşa), “Aris” (Yunanıstan), “Viborq” (Danimarka) klublarının şərəfini qoruyub.
Klubun qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Mixal Peskoviçin transferi ilə bağlı fikirlərini bildirib: “Bildiyiniz kimi, qapıçı mövqeyinə axtarışlarımız davam edirdi. Təlim-məşq toplanışı dövründə də bir neçə namizədə baxmışdıq. Amma onların səviyyəsi bizi qane etməmişdi. Slovakiyalı Mixal Peskoviç təcrübəli qapıçıdır. Qapıçı üçün 33 yaş normaldır. Fikrimcə, o, komandaya kömək edə bilər. Aqil Məmmədov da getdikcə daha yaxşı forma yığır. Maksim Vayloya ümidlərimiz böyükdür. Sadəcə olaraq M.Vaylo gəncdir və onu əsas oyunlara birdən-birə buraxmaq doğru olmaz. İki təcrübəli qapıçının əhatəsində məşq etmək M.Vaylo üçün də faydalı olacaq. İstəyirik ki, qapıçılar arasında daha güclü rəqabət olsun. Çempionat uzun marafondur. Futbolda cəzalar və zədələr qaçınılmazdır. Bu baxımdan heyətdə üç qapıçının olması xeyrimizədir”.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.