banner
banner

Dünya

Türkiyədə silahlı qarşıdurma: 1 əsgər şəhid olub, 3 terrorçu məhv edilib

Türkiyədə silahlı qarşıdurma:
Türkiyədə terror hadisələri səngimək bilmir. ANS PRESS-in məlumatına görə, Türkiyənin Qars vilayətinin Kağızman şəhərində terror qruplaşmasının üzvləri ilə hərbçilər arasında silahlı qarşıdurma olub. Nəticədə 1 əsgər həlak olub, 1 əsgər isə yaralnıb, 3 terrorçu məhv edilib.
 
Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə hərbçilərin terrorçulara qarşı təşkil etdiyi əməliyyat zamanı baş verib. Əvvəlcə silahlı atışma zamanı 2 əsgərin ağır yaralandığı bildirilsə də, ağır yaralı əsgərlərdən biri xəstəxanada olarkən dünyasını dəyişib. Digər yaralı hərbçinin səhhətinin yaxşı olduğu deyilir.
 
Məlumata görə, həmin ərazidə hərbi hava qüvvələrinin də iştirakı ilə terrorçulara qarşı əməliyyatlar davam etdirilir.
Cia.az

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.