İngiltərə Premyer Liqasında ikinci turun növbəti oyunları keçirilib.
Üçüncü matç günündə iki qarşılaşma keçirilib.
"Arsenal" səfərdə "Kristal Palas"la qarşılaşıb. Oyun London klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun ən maraqlı oyunu Mançesterdə keçirilib. Burada "Mançester Siti" son çempion "Çelsi"ni qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Liverpul" - "Bernmut" oyunu ilə yekun vurulacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.