banner
banner

Dünya

Baş nazir vərdişindən əl çəkdi

Baş nazir vərdişindən əl çəkdi

Kambocanın baş naziri çətin də olsa, siqareti tərgidib.

ANS PRESS-in məlumatına görə, Kambocanın baş naziri Hun Sen keçirdiyi mətbuat konfransında 14 ildir bütün səylərinə baxmayaraq siqareti tərgidə bilmədiyini söyləsə də, lakin xalqa nümunə olmaq üçün istifadə etməməyi qərara aldığını bildirib.

“Bu gün 45 il müddətində çəkdiyim və 14 ilə yaxındır tərgitməyə çalışdığım siqaretdən tamamilə əl çəkdiyimi hamınıza elan edirəm. Bu qərarı əziz xalqıma nümunə olsun deyə verdim.” - deyə 62 yaşlı baş nazir çıxışında səsləndirib.

Qeyd edək ki, fevral ayında Kambocada bir sıra yerlərdə siqaret çəkməyə qadağalar qoyulmuşdu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.