banner
banner

İdman

“Cavid elə oğlan deyil ki…”- Rahid Əmirquliyev

“Cavid elə oğlan deyil ki…”-

Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev dünən baş tutan "Sumqayıt"la oyundan sonra sportal.az-a müsahibə verib. 

- "Sumqayıt"la səfərdə heç-heçə etdiniz..

- Bizim üçün ağır oyun oldu, əvvədən də bunu bilirdik. Biz 3 xal üçün çıxmışdıq, təəssüf ki, alınmadı. Amma 1 xala da şükür.

- Hakim idarəçiliyi sanki ürəyinizcə olmadı...

- Özünüz baxın görün. Heç nədən qapımıza cərimə zərbəsi təyin etdi və qol oldu. Belə bir cərimə heç harda verilmir, ancaq bizim oyunda və ancaq da Elvin Əsgərov verir. Bir dəfə səhv olsa, başa düşmək olar. Amma hər dəfə Elvin Əsgərov "Xəzər Lənkəran" əleyhinə qərarlar verir.

- İlk iki oyunda komanda yeni transferlərsiz 4 xal qazanıb. Bu nəticəni komandanın kapitanı kimi necə dəyərləndirirsən?

- Bunu 6 xal da edə bilərdik. Ancaq 4 xal da pis deyil. "Sumqayıt"la heç-heçə də pis deyil. Bu komanda çoxlarına problem yaradacaq.

- Qarşıda "Rəvan"la oyun var. Bu 3 turda nisbətən asan rəqiblərlə qarşılaşdınız...

- Bu fikirlə razı deyiləm. Asan rəqib deyilən bir komanda yoxdur. Dünən "Rəvan"ın "Qarabağ"la oyununa baxdıq. Heç də pis oynamadılar. Düzdür, "Rəvan"la evdə oynayacağıq, azarkeş dəstəyinin köməyi ilə 3 xal qazanacağımıza ümid edirəm.

- Milli komandada komanda yoldaşın Cavid Hüseynov məlum səbəblərə görə həbs olunub. Bu haqda düşüncələrini bildirərdin...

- Cavidlə millinin aşağı yaş qruplarında və indi də əsas millidə bir oynayırıq. Cavid elə oğlan deyil ki, belə hadisədə əli olsun. İnanıram ki, qısa müddətdə Cavidi yenidən meydançada görəcəyik.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.