banner
banner

İdman

"Ermənistan "Bakı-2015"də iştirak edəcək"

"Ermənistan "Bakı-2015"də iştirak edəcək"

Ermənistan tərəfi "Bakı-2015" ilk Avropa Oyunlarında iştirakını təsdiqləyib.

CİA.Az-ın "Trend"ə istinadən yaydığı xəbərə görə, bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki şənbə günü Bakıda keçirilən mətbuat konfransında deyib.

Hikki bildirib: "Bir neçə həftə əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birlikdə Ermənistanda oldum. Ermənistanla danışıqlar gərgin keçmədi".

Onun sözlərinə görə, erməni tərəfi, həmçinin yenicə başa çatan Baş Assambleyada iştirak edib: "Ermənistan tərəfini iki nümayəndə təmsil edirdi və mən bu iki gün ərzində onlarla söhbət apardım".

Hikki deyib ki, o, 49 Milli Olimpiya komitəsini birləşdirən qurumu təmsil edir və əlbəttə, 49 ölkənin nümayəndələrinin hamısı 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına dəvət ediliblər: "Biz gələn il keçiriləcək Oyunları səbirsizliklə gözləyirik və bilirəm ki, Ermənistan tərəfi 49 iştirakçı ölkədən biri kimi yarışlara qatılacaq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.