banner
banner

Dünya

İran üçün tarixi imkan

İran üçün tarixi imkan

Avstriyada İranın nüvə proqramına dair rəsmi Tehranla "altılıq" ölkələri arasında danışıqların növbəti mərhələsi keçirilir. Danışıqların sona çatmasına 1 gün qalıb. Dünən Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynamyer iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb. Ştaynmayer bildirib ki, rəsmi Tehranın "altılıq" ölkələri ilə yekun razılaşma əldə etməsi tarixi imkan yaranıb:

"İndiyə kimi razılaşmaya bu qədər yaxın olmamışıq. Danışıqlar konstruktiv ab-havada keçir. Lakin məsələ ilə ələqədar qarşı tərəflə böyük fikir ayrılığı olması faktını da gizlətmək olmaz. Artıq indi hər şey İranın mövqeyindən asılıdır. Əgər şərtlər qəbul edilərsə, o halda, razılaşma əldə olunması üçün addımlar atılacaq. İran bilməlidir ki, nüvə silahı ilə silahlanmaq üçün geriyə yol yoxdur”.

Məhəmməd Cavad Zərif qeyd edib ki, razılaşma barədə danışmaq hələlik tezdir, lakin razılaşmanın olacağına ümid etdiyini vurğlayıb.

Qərb ölkələri İranın nüvə silahı hazırlamasından şübhə edir və rəsmi Tehrandan proqramın təfərrüatlarını aşkara çıxarmağa çağırır.
Rəsmi Tehran nüvə erejisinin sülh məqsədli olduğunu iddia edir.

İranla əldə olunan ilkin razılaşmaya əsasən, Qərb ölkələri proqramın məhdudlaşdıırlması müqabilində rəsmi Tehrana qarşı tədbiq olunan sanksiyaların bir hissəsi ləğv ediblər.//Anspress



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.