Nigeriyadan verilən xəbərlərə görə, ölkənin şimalında islamçıların həyata keçirdiyi növbəti hücum nəticəsində onlarla adam həlak olub.
BBC müxbirinin sözlərinə görə, Çad gölü yaxınlığında həyata keçirilmiş hücum zamanı göl sahilində balıq satışı ilə məşğul olan 25-dən 50-dək adam ödürülüb.
Yerli sakinlərin ifadələrinə istinad edən BBC müxbirinin məlumatına əsasən, islamçılar əvvəlcə yolu bağlayıblar, sonra onlarla adamın boğazını kəsərək, qalanlarının isə əl-qolunu bağlayaraq gölə atıblar.
Son bir neçə gün ərzində bu, Borno ştatında sayca ikinci irimiqyaslı hücumdur. Güman edildiyinə görə, həyata keçirilmiş hücum 4 yaraqlının güllələnməsinə cavab olaraq "Boko Haramın" qisas aksiyası olub.//Aznews.az
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.