Avqustun 20-i UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyununda "Qəbələ" "Panatinaikos" komandasını qəbul edəcək. 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı öncəsi baş məşqçilərin mətbuat konfransının vaxtı açıqlanıb.
Bu gün ilk olaraq jurnalistlərin önünə "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiu çıxacaq. Yunanıstanlı mütəxəssisin mətbuat konfransı saat 18:45-də başlayacaq. 20:15-də isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.