Ötən gecə Gürcüstanın paytaxtı Tbilisi işıqsız qalıb. Musavat.com xəbər verir ki, məlumatı RİA "Novosti" yayıb. Gürcüstanın Energetika Nazirliyindən bildirilib ki, bütün Tbilisinin elektriksiz qalmasının səbəbi məlum deyil. "Hələlik heç nə məlum deyil, araşdırırıq", - nazirlikdən deyilib.
Tbilisini elektrik enerjisi ilə təmin edən "Telasi" paylayıcı şirkətindən bildirilib ki, paytaxtla yanaşı, ölkənin bir çox şəhər və rayonları da işıqsız qalıb.
"İşıq, demək olar ki, bütün ölkədə yoxdur. Səbəbləri aydınlaşdırılır", - şirkətdən deyiblər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.