banner
banner

Dünya

Ərdoğan vəzifəsindən uzaqlaşdırıla bilər

Ərdoğan vəzifəsindən uzaqlaşdırıla bilər

"Türkiyə Böyük Millət Məclisində prezidentə konstitusiyada təsbit edilən sanksiyalar mexanizminin gündəliyə gətirilməsinin zamanı çatıb. Müxalifətdən olan millət vəkilləri fəaliyyətə başlamalıdır". 

Bunu konstitusiya hüququ üzrə professor İbrahim Kaboğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "qəbul etsəniz də, etməsəniz də, Türkiyədə idarəetmə sistemi dəyişib" deməklə konstitusiyadakı səlahiyyətlərini aşıb.

Professor vurğulayıb ki, 184 millət vəkili tərəfindən prezident R.T.Ərdoğana qarşı sanksiyaların gündəliyə gətilməsinin vaxtı çatıb.

Türkiyə prezidentinın "mən xalq tərəfindən seçilmişəm. Dolayısı ilə mənim üçün konstitusiyada nəzərdə tutulan status keçərli deyil" fikrinə münasibət bildirən hüquqçu deyib: "Bizdə məlumat yanlışlığı var, sanki prezident xalq tərəfindən seçilərsə, o zaman fərqli rejim olur. Bu, kökündən yanlışdır. Çünki Türkiyə parlament respublikasıdır. Qonşumuz Bolqarıstandan Avropanın şimalındakı Finlandiyayadək bir sıra dövlətlərdə prezident xalq tərəfindən seçilsə də, parlament idarəetmə sistemidir. Bizdə isə dəyişiklik yalnız 102-ci maddədə (həmin maddədə bildirilirdi ki, Türkiyə prezidenti parlament tərəfindən seçilir, dəyişikliyə əsasən, prezident ümumxalq səsverməsi yolu ilə seçilir - "Report") dəyişiklik edilib, dövlətin idarəedilməsi ilə bağlı başqa maddələr qüvvədədir".

Türkiyəli bir sıra dövlət hüququ mütəxəssislərinin iddiasına əsasən, R.T.Ərdoğana qarşı sanksiya tətbiq edilə bilər. Bura ona etimadsızlıq, impiçment də daxildir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.