banner
banner

Sağlamlıq

Xəbərdarlıq: üzümü tumu ilə birgə yeyin!

Xəbərdarlıq:

Üzüm qədim zamanlardan bəri ən faydalı meyvələrdən sayılır.

Ancaq son illər aparılan araşdırmalar üzümün tumunun onun özündən daha faydalı olduğunu ortaya çıxarıb. İlk dəfə 1947-ci ildə fransız kimyagər, professor Cek  Maskulie apardığı çoxsaylı araşdırmalardan sonra bu qənaətə gəlib ki, üzümün tumu bir çox xəstəliyin müalicəsində istifadə edilə bilər.

Üzüm tumunun araşdırmalar sonucunda ortaya çıxan ən faydalı xüsusiyyətlərini təqdim edirik:

Üzüm tumu ən çox varikoz üçün yararlıdır. Bundan başqa, Fransada 100 nəfərin iştirak etdiyi araşdırma zamanı məlum olub ki, üzüm tumu kompüter qarşısında çox vaxt keçirən insanlarda yaranan göz problemlərinin qarşısını alır. Tərkibindəki maddələr sayəsində yüksək təzyiqdən əziyyət çəkənlərə də kömək edir. Gündə bir ovuc üzümü tumları ilə birgə yeyənlərdə təzyiq sabit qalır. O, damarları təmizləyir və  hüceyrələri yeniləyir. Həkimlər 30 yaşdan sonra hər bir insanın gündə yarım çay qaşığı üzüm tumunu çeynəyərək udmasını tövsiyə edirlər. Beləliklə, həm bir sıra xəstəliklərdən müdafiə olunmaq, həm də gənc qalmaq mümkündür.

Üzüm tumunun yağı təbii ağrıkəsici hesab edilir. Ağrıyan bölgəni bu yağla masaj etmək yaxşı effekt verir.

Sonda onu da qeyd edək ki, üzümün qlisemik indeksi yüksəkdir. Buna görə də, şəkər xəstələri və pəhriz saxlayanlar üzüm yeyərkən diqqətli olmalı, 1 ovucdan artıq yeməməyə çalışmalıdırlar.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.