banner
banner

İdman

“Cavid Hüseynovun yeri hiss olunurdu...”- Qriqorçuk

“Cavid Hüseynovun yeri hiss olunurdu...”-

Xəbər verdiyimiz kimi, nu gün Avropa Liqasının pley-off mərhələsinin növbəti oyunları keçirilib.

Cia.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubunu qəbul edib. Komandamız oyunu 0:0 hesabı ilə başa vurub. 

Oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərə açıqlama verib:

“Komandam әlindәn gәlәni elәdi. Düzdü, nәticә bundan yaxşı ola bilәrdi. Amma uşaqlardan razıyam. Birinci hissәnin son 20 dәqiqәsi xoşuma gәldi. Antonov vә digәr futbolçular yaxşı çıxış etdi. Taktiki cәhәtdәn әla oynadılar".  

Ukraynalı mütәxәssis "Qrupa düşsәk belә, bu oyunla heç nә edә bilmәrik?” sualına belә cavab verib: 

"Biz yaxşı oynadıq. Yәqin ki, "Qәbәlә"ni "Mançester Yunayted"lә sәhv salmamısız. Biz razı qaldıq"

O, әvәzetmәlәrdәn dә danışıb: 

"Әvәzetmәlәr mәnim qәrarımdır vә burda nöqtә. Amma sizә olan hörmәtimdәn bu barәdә sualınıza cavab verirәm. Әvәzetmәlәri son dәqiqәlәrdә etmәklә qazandıq vә hәmin dәqiqәlәri üstün oynadıq. Sadәcә problem Sergey Zenyovun yorulmasında idi”.

Tәcrübәli mәşqçi komandada nәyi dәyişmәk istәdiyini dә açıqlayıb: 

"Bәzi şeylәri dәyişmәk istәyirik. Mәrkәzdә daha yaxşı oynamağa çalışacağıq. Әks-hücumlara da gec çıxırdıq. Futbolçular daha sürәtli әks-hücuma çıxmaq әvәzinә top havada uçurdu. Bunun üzәrindә işlәmәliyik".

"Hücumların lәng qurulmasında Cavid Hüseynovun yeri görünürdü?" sualını Qriqorçuk belә cavablandırıb:

"Cavid Hüseynov yaxşı oyuçudur vә yeri hiss olunurdu. Qrup mәrhәlәsinә hazırlaşan komanda üçün belә şey problem olmamalıdır. Bu, bütün komandanın problemidir. Bizim yaxşı oyunçularımız var"

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.