banner
banner

Dünya

Daha bir əfsanə dünyasını dəyişdi

Daha bir əfsanə dünyasını dəyişdi

SSRİ-nin əfsanəvi hokkey məşqçisi Viktor Tixonov dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, üçqat olimpiya çempionu olan Tixonov 85 yaşında uzunmüddət sürən xəstəlikdən sonra Moskvada vəfat edib.

V.Tixonov oktyabr ayının ortalarında hospitala yerləşdirilmişdi. O, sərbəst hərəkət edə bilmirdi.

Xatırladaq ki, Tixonov SSRİ yığmasına 3 dəfə qızıl medal qazandırıb. Onun rəhbərlik etdiyi komanda 8 dəfə dünya çempionu olub. ÇSКА 13 dəfə SSRİ çempionu olub.

Onun başçılığı ilə SSRİ yığması 1984 və 1988-ci illərdə, MDB komandası isə 1992-ci ildə Olimpiya Oyunlarının ən yüksək mükafatına layiq görülüb.

Tixonov SSRİ çempionatlarında 296 matç keçirib. Hokkey ustası iki dəfə Rusiya yığmasına rəhbərlik edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.