Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
CİA.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Slaven Belupo” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.
Pilağa Mehdiyevin dubl etdiyi oyunda, yığmamızın digər qolunu Kənan Səfərov vurub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.