banner
banner

Dünya

Gülün oğlu evləndi- Ərdoğan şahid oldu+Fotolar

Gülün oğlu evləndi-

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün oğlu Əhməd Münir Gülün evlənib. 

Nikahda bəyin şahidləri prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və parlamentin spikeri İsmət Yılmaz, gəlinin şahidi isə dayısı Məhərrəm Ceylan olub. 

“Hacettepe” universiteti Tibb fakultəsində oxuyan Əhməd Münir Gül və Ayşə Zəhra Karadere cütlüyünün toyunda 500-ə yaxın qonaq olub. 

Mərasim Quran kitabının oxunması ilə başlayıb. Toyun sonunda isə qonaqlara nikah şəkəri əvəzinə, Məhəmməd Peyğəmbərin həyatını, təsvirini göstərən “Hilye-i Şerif” paylanıb.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.