|
Bu gün Yunanıstan superliqasında 2015/2016 mövsümünün ilk turuna yekun vurulacaq. Qol.Az-ın məlumatına görə, "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Panatinaikos" ilk matçını keçirəcək. Afina təmsilçisi səfərdə "Panetolikos" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Qeyd edək ki, "Panatinaikos" avqustun 27-də, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində evdə "Qəbələ"ni qəbul edəcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmayıb.
Yunanıstan superliqası, 1-ci tur 23:30. "Panetolikos" - "Panatinaikos" Cia.az
|


