"Yuventus" və "Milan" mövsümə məğlubiyyətlə başladı
İtaliya A Seriyasında 2015/2016 mövsümünün ilk turu başa çatıb. Son oyun günündə 8 qarşılaşma keçirilib. Maraqlıdır ki, “Yuventus”, “Milan” və “Napoli” kimi klublar mövsümə məğlubiyyətlə başlayıblar.
Turin təmsilçisi öz meydanında “Udineze”yə məğlub olub – 0:1. “Milan” səfərdə “Fiorentina” ilə bacarmayıb – 0:2. “Napoli” “Sassuolo” ilə səfər matçında xalsız qalıb – 1:2.
“İnter” isə doğma meydanda “Atalanta”nı üstələyib – 1:0.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.