banner
banner

İdman

"Qəbələ" Avropa Liqasında yubiley matçına çıxır

"Qəbələ" Avropa Liqasında yubiley matçına çıxır

"Qəbələ" avqustun 27-də Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Panatinaikos"la qarşılaşacaq.
Bakıda keçirilən ilk matçda qolsuz heç-heçə ilə kifayətlənən “qırmızı-qaralar” qrup mərhələsinə vəsiqə uğrunda həlledici matçı səfərdə keçirəcək.
Afinada keçiriləcək qarşılaşma "Apostolos Nikolaidis" stadionunda baş tutacaq. Bu matç Qəbələ təmsilçisinin avrokuboklarda yubiley – 10-cu oyunu olacaq. Bunadək 9 görüşə çıxan “Qəbələ” bütün oyunlarını Avropa Liqasında keçirib. Avrokuboklardakı debüt ilində - 2014/15 mövsümündə iki matç keçirən komanda cari mövsüm artıq 7 oyunda iştirak edib. 
Bu 9 matçda “Qəbələ” 3 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə uduzub. Bu matçlarda "Qəbələ" 7 qol vurub, 9-nu buraxıb. “Qəbələ”nin qollarını 4 futbolçu vurub. Cavid Hüseynov 3, Sergey Zenyov 2, Aleksey Antonovla Asif Məmmədov hərəyə 1 dəfə fərqlənib. Avrokuboklarda ən çox oyun keçirənlər isə əvvəlki 9 matçın hamısında iştirak edən Dodo və Rafael Santosdur. Lakin sonuncu cəza üzündən Afinadakı qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.