banner
banner

Dünya

Putin sərəncam imzaladı- “Şeremetova” biznesmenlərə verilir

Putin sərəncam imzaladı-

Rusiya prezidenti Vladimir Putin “Şeremetova” hava limanının iş adamları Alexander Ponomarenko və Arkady Rotenbergin nəzarətinə verilməsi barədə sərəncam imzalayıb. 

Cia.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.

Sənəddə “Şeremetevo” və “TPC Avia” qrupuna daxil olan şəxsi şirkətlərin aktivlərinin bu iş adamlarında cəmləşməsi nəzərdə tutulur.

Jurnalın məlumatına görə, aktivlərin verilməsindən sonra dövlət “Beynəlxalq Şeremetevo Hava Limanı”na nəzarəti itirir, amma aksiyaların 30 faizi onun əlində qalır.

Bundan sonra hava limanının əsas səhmdarı dövlət əmlakının idarəsi üzrə Federal agentlik olur.

“TPC” şirkətlər qrupu “Şeremeteva” ilə 2013-cü ildən əməkdaşlıq edirdi.

Həmin vaxt hava limanının şimal hissəsində yeni terminalın tikintisini bu şirkətlər qrupu maliyələşdirmişdi.

Alexander Ponomarenko isə “Şerevetevo” hava limanı direktorlar şurasının üzvlərindən biridir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.