banner
banner

Dünya

Növbəti miqrant faciəsi

Növbəti miqrant faciəsi

Avqustun 26-da Siciliya kanalında 2 mindən çox miqrantı İtaliyaya gətirən gəmi xilas edilib. Lakin məlum olub ki, gəmidə 50 miqrant hava çatışmazlığından həyatını itirib. Güman edilir ki, gəminin mühərrikindən çıxan zərərli qaz onların həyatına son qoyub. 

Cia.az Azərtac-a istinadən xəbər verir ki, İtaliyanın Sahil Mühafizə Xidməti miqrantların uzun müddət sağ qalmaq uğrunda mübarizə apardıqlarını bəyan edib. Bildirilib ki, gəmi xilas edildikdə onlar artıq həyatlarını itiriblər. Miqrantların hava çatışmazlığı ilə qarşılaşması 218 insanı İtaliyanın Kataniya şəhərinə gətirən gəmidə də qeydə alınıb. Xoşbəxtlikdən miqrantlar gəminin divarında deşik açaraq nəfəs ala biliblər. Bununla da gəmi İtaliyaya itki vermədən yaxınlaşıb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.