Türkiyənin FİFA referisi Cüneyt Çakır əməliyyat olunub.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, superliqasının 12-ci turunda "Gənclərbirliyi" - "Karabükspor" matçının hakimi C.Çakır birinci hissədən sonra fasilədə özünü pis hiss edib.
Bu səbəbdən o, qarşılaşmanın ikinci hissəsini idarə edə bilməyib. Xəstəxanaya aparılan Çakırın ağciyərlərinə hava yığıldığı məlum olub.
Əməliyyat edilən təcrübəli referinin səhhətinin yaxşı olduğu və artıq xəstəxanadan çıxdığı bildirilib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.