banner
banner

Dünya

Dünya bu kadrdan danışır- Turist təkbaşına 10-dan çox adamı döydü

Dünya bu kadrdan danışır-

Bir neçə gün əvvəl irlandiyalı turistin Türkiyədə su üstündə döyülməsi sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri olub. 

Turist qaldığı otelin yanındakı marketdən su almaq istəyən zaman su butulkaları yerə tökülüb. Buna görə əsəbiləşən satıcının əlindəki çubuqla turisti vurmaq istəməsi ilə bütün küçə bir-birinə qarışıb. Qonşular da satıcıya dəstək üçün turistə  hücum ediblər. Belə ki, müntəzəm olaraq idmanla məşğul olan turist 20-yə yaxın adamı döyüb, ona yumruq vurmaq istəyən bir nəfər isə bir zərbədən yerə yıxılıb və dişləri sınıb. 

Mediaya hadisə ilə bağlı açıqlama verən irlandiyalı Mohammed Fadel Dobbous satıcıların sadəcə yanlış adama rast gəldiyini deyib. O, sadəcə su almaq istədiyini bildirib: “Heç birindən qorxmadım, əksinə çox təəccübləndim. Kaş ki, bir az kişi olardılar. Mən sadəcə özümü müdafiə etmişəm”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.