banner
banner

İdman

“Gedib mükafatı alacağıq”- Tahir Gözəl

“Gedib mükafatı alacağıq”-

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının “pley-off” mərhələsində “Qarabağ” İsveçrənin “Yanq Boyz” komandası ilə üz-üzə gəlib. Ağdam klubu rəqibini 3:0 hesabı ilə məğlub edərək Avroliqanın qrup mərhələsinə adlayıb. 

Oyundan sonra “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl də jurnalistlər qarşısına keçərək təəssüratlarını bölüşüb:

““Qarabağ” gözәl oynadı. Möhtәşәm qәlәbәyә görә başda prezidentimiz olmaqla hәr kәsi tәbrik edirәm. Çox sevinirәm. Ot örtüyü haqqında danışmaq istәmirәm. Bu dәqiqә transferlә bağlı heç bir söhbәt yoxdur. Komanda yaxşıdır. Әfran İsmayılovu meydanda belә görmәk çox xoş idi. Onu şir kimi görmәk sevindirdi mәni. Onun ürәyimdә yeri var. Bizim standart mükafatımız var. Rövnәq Abdullayev dә mükafat söz verib. Bunun ardınca gedib mükafatı alacağıq (gülür). “Qәbәlә”yә uğurlar arzu edirәm. Bizdәn ilhamlanıb qrupa düşsünlәr”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.