banner
banner

Sağlamlıq

Su çəkini tənzimləyir

Su çəkini tənzimləyir

Gündə 8 stəkan su içməklə siz özünüzü artıq çəkidən qorumaqla yanaşı, arıqlaya da bilərsiniz.

Ola bilsin ki, məsləhət sizə məntiqsiz görünsün, lakin təcrübə göstərir ki, bu həqiqətən də belədir. Artıq qeyd etdiyimiz kimi, susuzluğu asanlıqla aclıq hissi ilə qarışdırmaq mümkündür. Yemək arzusunda olduqda  1-2 stəkan su için. Ola bilsin ki, aclığınız tezliklə keçsin. Orqanizmdə suyun miqdarı azaldıqda böyrəklər normal qaydada işləyə bilmir. Bu halda onların işinin müəyyən hissəsini qaraciyər öz öhdəsinə götürür. Qaraciyərin əsas funksiyalarından biri də yağları enerjiyə çevirməkdir. Qaraciyər həddən artıq yükləndiyi zaman isə yağları həzm edə bilmir. Bir-iki stəkan su için ki, qaraciyəriniz sizə artıq kilolardan azad olmaqda kömək etsin. Artıq çəkiyə malik olan insanlara daha çox su tələb olunur. Kök adamlara hər 10 kq artıq çəkiyə 1 stəkana yaxın əlavə su lazımdır. Beləliklə, əgər siz arıqlamaq istəyirsinizsə, istifadə etdiyiniz kaloriləri azaldıb, qidanızdakı karbohidrat miqdarını artırın. Bundan əlavə, hər gün piyada ən azı 5 km yol gedin və gün ərzində 12 stəkan soyuq su için.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.