Rada bu gün növbədənkənar toplanır - Ukraynalılar aksiyaya başladı
Parlamentin bu gün keçiriləcək növbədənkənar seçkiləri ilə əlaqədar Ukrayna Ali Radası qarşısında asayiş gücləndirilib.
Cia.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, buna səbəb konstitusiyada dəyişikliyə etiraz edən fəalların Rada qarşısına toplaşmasıdır. Hazırda 500-ə yaxın fəal parlament binası qarşısında etiraz edir və etirazçıların sayının get-gedə artdığı bildirilir.
Ukraynalıların narahatlığına səbəb isə qanunda nəzərdə tutulan dəyişiklik baş verəcəyi təqdirdə ölkənin şərqindəki döyüşçülərə amnistiya verilməsi, həmçinin Rusiya ilə sərhədlərin “yuyulması” olacaq.
Qeyd edək ki, bu gün Ali Rada növbədənkənar toplanacaq. Gündəliyə əsasən, deputatlar ilk oxunuşda hakimiyyətin desentralizasiyası (mərkəzləşdirilməsi) ilə bağlı konstitusiyada dəyişikliyi nəzərdə tutan qanun layihəsinə baxacaqlar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.