İstanbulda qadın və ədalət mövzusunda keçirilən konfransda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qadın və kişinin bərabərləşdirilməsini təbiətə zidd amil kimi qiymətləndirib.
ANS PRESS-in məlumatına görə, ötən həftə Amerikanı Kolombdan əvvəl müsəlmanların kəşf etməsini deməsi ilə dünya mətbuatında səs-küyə səbəb olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daha bir çıxışı diqqət çəkib.
İstanbulda baş tutan 1-ci Beynəlxalq Qadın və Ədalət zirvəsində Türkiyə prezidenti kişi ilə qadının bərabərliyini sual altına alıb. Rəcəb Tayyib Ərdoğan deyib ki, islam qadının mövqeyini açıq-aydın izah edib – qadın anadır.
Onun bu barədə etdiyi açıqlamalar “BBC”, “WASHINTON POST”, “GUARDIAN”, “INDEPENDENT” kimə məşhur nəşrlərdə yer alıb. Ərdoğan feministləri analığı rədd etməkdə suçlayıb. O, qadın və kişinin eyni cür yaradılmadığını, qadınların ağır işlərdə işləyə bilməyəcəyini bildirib.
Prezident cənnətin anaların ayaqları altında olduğunu deyib. “Ananın ayağının altı öpülür. Mən anamın ayağının altını öpərdim. Anam nazlanardı. Mən ona ayaqlarının altında cənnətin iyi gəldiyini deyərdim. Bunu feministlər başa düşməz. Çünki onlar analığı qəbul etmirlər. Lakin bunu başa düşənlər bizə kifayət edər”- deyə prezident bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.