banner
banner

İdman

Qurbanovdan “Qarabağ”a yeni transfer- Armenteros

Qurbanovdan “Qarabağ”a yeni transfer-

Avropa Liqasına vəsiqə qazanan "Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirir. 

Komandanın baş məşqçisi Qurban Qurbanov çətin sınaq öncəsi hücum xəttinin gücləndirilməsini vacib hesab edib.

Uzun zamandı diqqətdə saxlanılan Samuel Armenterosla sonunda razılıq əldə olunub. İsveçli forvard qarşıdakı günlərdə Bakıya gələrək rəsmi sözləşməyə imza atacaq. Çox güman ki, onunla 2+1 illik müqavilə imzalanacaq. O, "Qarabağ"a azad agent statuslu futbolçu kimi keçəcək. 

Fərdi ustalığı ilə seçilən 25 yaşlı Armenterosun sonuncu iş yeri Hollandiyanın "Villem II" klubu olub. O, bundan öncə "Feyenord"da icarə əsasında çıxış edib. Samuel qısa müddət ərzində Belçikanın "Anderlext" klubunun formasını da geyinib. İsveç U-21 millisinə qədər yüksələn hücumçu "Herenven" və "Herakles" klublarının uğurları üçün da çalışıb.  

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.