"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti komandası ilə müqavilə yeniləyəcək.
Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, Madrid təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssisin işindən razıdır.
Bu səbəbdən rəhbərlik Ançelotti ilə müqavilənin müddətini 2017-ci ilə qədər uzatmağı planlaşdırır. Lakin hələlik tərəflər maliyyə məsələsində razılığa gəlməyiblər. Bununla belə, ilin sonuna qədər tərəflər arasında yeni müqavilənin imzalanacağı gözlənilir.
Qeyd edək ki, 2013-cü ildən "Real"ı çalışdıran 55 yaşlı mütəxəssis ötən mövsüm komandası ilə Çempionlar Liqasının qalib olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.