"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib. Cia.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “transfer pəncərəsi”nin son günündə ikinci hücumçu ilə anlaşan komanda Vaqif Cavadovun ardından Fakundo Abel Pereyranı da heyətinə qatıb. 28 yaşlı argentinalı hücumçu 2014-cü ildən Yunanıstanın PAOK klubunun üzvüdür. “Qəbələ” icarə əsasında heyətinə qatdığı Pereyra ilə 1 illik anlaşıb. Cənubi amerikalı Saloniki təmsilçisinə keçənədək vətənində “Estudiantes” (2006-2011), “Ximnasiya” (2012-2014, icarə əsasında), Çilidə “Palestino” (2009, icarə əsasında), “Audaks İtaliano” (2011-2012), Meksikada “San Luis” (2012-2014) klublarında çıxış edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.