“Qəbələ” növbəti transferini gerçəkləşdirib. Cia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda paraqvaylı yarımmüdafiəçi Derlis David Meza Kollini heyətinə qatıb.
Transfer pəncərəsinin son günündə Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında sıralarına qatan “qırmızı-qaralar” 27 yaşlı paraqvaylı legionerlə bir illik müqavilə imzalayıb. Son iki mövsümdə ölkəmizdə çıxış edən Derlis Bakının “İnter” klubunun formasını geyinib.
O, Azərbaycan Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın “Leskala” klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın “Atromitos” (2007-2010), “Etnikos” (2007-2008, icarə əsasında), “Yannina” (2008-2009, icarə əsasında), “Messiniakos” (2009-2010, icarə əsasında), İtaliyanın “Çezena” (2010-2013) və “Pavia” (2011, icarə əsasında) klublarına çıxış edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.