"İnter" klubunun müdafiəçisi Dodo İtaliya A Seriyasının 12-ci turunda "Milan"la keçirilən oyunda dodağı partlayıb.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, matçın 13-cü dəqiqəsində "Milan"ın hücumçusu Salli Muntari ikili mübarizə zamanı braziliyalı futbolçuya dirsəklə zərbə endirib.
Nəticədə dodağı partlayan futbolçu həkimlərin ilkin tibbi yardımından sonra oyunu davam etdirib.
Qeyd edək ki, "Milan" - "İnter" oyunu 1:1 hesabı ilə başa çatıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.