"Mançester Yunayted" heyətinə yeni futbolçu cəlb edib.
Cia.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisini "Monako"nun futbolçusu Antoni Martialı alıb. 19 yaşlı hücumçu ilə 4+1 illik müqavilə imzalanıb.
Britaniya mətbuatı "Mançester Yunayted"in bu transfer üçün "Monako"ya 49 milyon avro ödəyəcəyini yazıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.