banner
banner

İdman

"Qarabağ"ın yeni transferi: "Onlarla Bakıda görüşmək üçün indidən səbrsizlənirəm"

"Qarabağ"ın yeni transferi:

Qarabağ"ın yeni transferi Samuel Armenteros açıqlama verib.

Cia.Az-ın məlumatına görə, sport7.az saytına danışan 25 yaşlı hücumçu yeni klubuna qoşulacağı günü səbrsizliklə gözlədiyini bildirib:

"Qarabağ"la uzun müddət idi ki, danışıqlar aparırdıq. Hər iki tərəf bu transferi reallaşdırmağa çalışırdı. Bildiyiniz kimi, mən "Anderlext"in futbolçusu idim. Transferin reallaşması üçün Belçika klubundan ayrılmağım lazım idi. Təəssüf ki, klubdan ayrılmağımla bağlı bir müddət razılığa gələ bilmirdik. Nəhayət, razılıq əldə olundu və "Qarabağ"la müqavilə imzaladım".

O, son Azərbaycan çempionunda iki futbolçunu tanıdğını qeyd edib: 

"Hazırda "Qarabağ"da çıxış edən Reynaldonu tanıyıram. O da "Anderlext"in oyunçusu olub. Bundan başqa karyerası ərzində Hollandiyada çıxış etmiş Raydell Puponun da yeni klubumda oynadığından xəbərim var. Onlarla Bakıda görüşmək üçün indidən səbrsizlənirəm. Mən "Anderlext"ə gələndə Reynaldo Belçika klubundan getmişdi. O, doğrudan da çox yaxşı futbolçudu. Oynamaq üçün "Qarabağ"a qoşulacağım günü gözləyirəm. Özümü "Qarabağ" azarkeşlərinə göstərmək üçün səbrsizlənirəm. Hazırda viza məsələsi həll olunur. 2-3 günə Bakıya gələcəm".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.