Misir Xalq Məclisinə seçkilərlə bağlı sentyabrın 1-də start götürən qeydiyyatın birinci günü namizəd qismində 2745 adam qeydə alınıb.
Cia.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 2-də Misir Ali Seçki Komissiyası məlumat verib.
Qeydiyyat 12 gün davam edəcək. Parlament seçkiləri iki mərhələdən ibarət olacaq. Birinci mərhələ oktyabrın 18-19-da 14 əyalətdə, ikinci mərhələ noyabrın 22-23-də qalan 13 regionda keçiriləcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.