Bu gün səhər saatlarında Moskvanın “Domodedova” hava limanında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi yanğının anbar bölməsində, 15 kvadrat metrlik ərazidə baş verdiyini açıqlayıb. Yanğın elektrik kabellərindəki qısa qapanmadan baş verib. Lakin tüstü ventilyasiya sisteminə daxil olduğu üçün bütün terminal binasında güclü tüstü müşahidə edilib. Bununla əlaqədar, sərnişin və hava limanı işçiləri də daxil olmaqla 3000 şəxs evakuasiya olunub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.