banner
banner

İdman

“Xəzər Lənkəran”a daha bir zərbə- 200 min dollar cərimələndi

“Xəzər Lənkəran”a daha bir zərbə-

Bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanovun “Xəzər Lənkəran”dan FİFA-ya şikayət etdiyini xəbər vermişdik. 

 

Cia.az futbolinfo.az-a istinadən xəbər verir ki, futbolçu ali futbol qurumuna müraciət edərək, Lənkəran təmsilçisindən ödənilməyən son 2 ayın maaşını istəyib. 

Artıq FİFA bu məsələyə baxıb və qərarını verib. Belə ki, ali futbol qurumunun qərarına görə “ağ-yaşıllar” bolqar yarımmüdafiəçiyə 200 min dollar pul ödəməlidirlər. 

Bu barədə məlumatı saytımıza İvanovun vəkili Radostin Vasiliyev verib: “Biz FİFA-da qalib gəldik. “Xəzər Lənkəran” bizə 200 min dollar pul ödəməlidir. Bu məbləğ sentyabrın sonuna kimi ödənilməlidir. Əks halda, onları daha böyük cəzalar gözləyir”.

Əgər Lənkəran klubu pulu vaxtında ödəməsə, FİFA onların hesabından xal siləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.