banner
banner

İdman

“Rövnəq Abdullayev dedi ki, “ürəyimdən tikan çıxdı””

“Rövnəq Abdullayev dedi ki, “ürəyimdən tikan çıxdı””

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə 0:0-lıq heç-heçə edən millimizin yarımmüdafiəçisi Rəşad Sadiqov maçtdan sonra jurnalistlərə açıqlama verib. 

Cia.az xəbər verir ki, millimizin üzvü baş məşqçi Robert Prosineçkini tərifləyib. Sadiqov bildirib ki, xorvat mütəxəssis komandamızı oyuna yaxşı motivasiya edə bilib: “Prosineçki yaxşı məşqçidir və bizi oyuna yaxşı motivasiya etmişdi. O bildirmişdi ki, biz rəqibdən zəif deyilik. Pis oynamadıq və 0:0 heç-heçə etdik. Oyundan sonra baş məşqçi bizə təşəkkürünü bildirdi. Artıq 3 oyundur ki, qol buraxmadan xallar qazanırıq. 1 qələbə, 2 heç-heçə. Belə davam etsək. yaxşı olacaq”.

Yarımmüdafiəçi oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayevin soyunub-geyinmə otağında futbolçularla görüşündən də danışıb: “Rövnəq Abdullayev bizi təbrik etdi. Bildirdi ki, qisasımızı ala bilməsək də, ürəyimdən tikan çıxardınız”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.