banner
banner

Dünya

Tacikistanda hərbi çevriliş cəhdi

Tacikistanda hərbi çevriliş cəhdi
Tacikistanın Düşənbə və Vəhdət şəhərlərində həyata keçirilən hücumların gedişatında Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin 33 əməkdaşı öldürülüb.  
 
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki. bu barədə Müdafiə Nazirliyindəki mənbə bildirib.  
Daha əvvəl Daxili İşlər Nazirliyi hücumlarda 17 hərbi qulluqçunun öldüyünü açıqlayıb. Nazirliyin məlumatına görə,  hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin  keçmiş müavini Əbdüxəlim Nazarov rəhbərlik edib.
 
Məlumata görə, Nazarov hücumları desant-hücum batalyonunun 135 hərbi qulluqçusu ilə həyata keçirib. Keçmiş nazir müavininin qruplaşmasından 9 hərbi qulluqçu həlak olub.  
 
Təqib edilən Nəzərovun tərəfdarlarından böyük miqdarda silah-sursat əldə edilib. Bundan başqa, onun tərəfdarlarından yeddi nəfər sağ ələ keçirilib.  
 
Bildirilir ki, hüquq-mühafizə orqanları hazırda dəstənin məhv edilməsi üzrə əməliyyat aparır. Paytaxt Düşənbədə hökumət müəssisələrinə, həmçinin prezident sarayına aparan əsas küçələr bağlanıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.