Azərbaycan Premyer Liqasının 4-cü turunda doğma azarkeşləri qarşısında "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir.
Komanda bu oyuna hazırlıq məqsədi ilə əvəzedici komanda ilə yoxlama oyunu keçirib. Qarşılaşma 5:3 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb.
Dünən axşam fitness zalında hazırlığını davam etdirən "Sumqayıt" FK bu gün istirahət edəcək. Heyətdə zədəli futbolçu yoxdur. Komanda sabah "Kapital Bank Arena"da 10:30-da növbəti məşqinə çıxacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu sentyabrın 13-də "Kapital Bank Arena"da keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.