banner
banner

İdman

"Qarabağ" stadion problemi ilə üzləşdi

"Qarabağ" stadion problemi ilə üzləşdi

Topaz Premyer Liqasının 4-cü turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Qarabağ” problemlə üzləşib. Cia.az xəbər verir ki, Ağdam klubu hələ ki, oyunun keçiriləcəyi stadionu müəyyənləşdirə bilməyib.

Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Klub rəsmisi bildirib ki, komandanın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunun qazonu dəyişdirildiyinə görə, cənublularla qarşılaşmanın harada keçiriləcəyi hələ də bilinmir. İbrahimov məsələnin 1-2 günə həllini tapacağını deyib.

“Qarabağ” həmçinin Avropa Liqasının qrup mərhələsində oynayacağı matçları da Tofiq Bəhramov adına Respublika stadionunda keçirməlidir. Avrokubok oyunları vaxtı komanda belə bir problemlə üzləşsə, ikinci stadion kimi Mərdəkanda yerləşən “Dalğa Arena”dan istifadə edə bilər.

Qeyd edək ki, sözügedən görüş sentyabrın 12-də baş tutacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.